Bakı.Trend:
Xətai rayonunda soyğunçuluq edən şəxslər saxlanılıblar.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu M.Hadi küçəsində paytaxt sakini olan bir nəfərin mobil telefonu naməlum şəxslər tərəfindən talama yolu ilə əlindən alınıb. Bu barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıblar. Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.
Araşdırma aparılır.
