...

Azərbaycan XİN batmış gəmi ilə bağlı məlumatı araşdırır

Hadisə Materials 12 Noyabr 2007 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycan XİN Azov və Qara dənizində gəmilərin batması ilə bağlı məlumatı araşdırır. Bu barədə jurnalistlərə bazar ertəsi Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Bazar günü baş verən tufan Azov və Qara dənizdə fövqəladə hadisənin baş verməsinə səbəb olub. Ukrayna FHN-in məlumatına görə, bir gün ərzində dörd gəmi batıb, daha altı gəmi saya oturub, iki tankerə ziyan dəyib, bir barja isə yolundan çıxıb.

İbrahimin sözlərinə görə, hələ ki, gəminin Azərbaycana məxsus olması təsdiq olunmur, lakin araşdırmalar davam edəcək. İbrahim həmçinin bildirib ki, Rusiya KİV-nin verdiyi məlumatda bildirilir ki, gəminin kapitanı Azərbaycan vətəndaşı deyil. İbrahim həmçinin bildirib ki, Azərbaycan tərəfi meyidləri tapılan və çıxarılan şəxslərin vətəndaşlığını araşdırır.

Kosı Tuzla rayonunda "Naxçıvan" barjasının ekipajının üzvləri olması güman edilən üç şəxsin meyidi aşkar olunub. Ekipajın beş üzvünün taleyi məlum deyil. RBK -ya Rusiya FHN-in cənubi regional mərkəzindən verilən məlumata görə, hazırda Krasnodar vilayətinin Tamani xəstəxanasında Azov və Qara dənizdə baş verən tufanda xəsarət alan digər gəmilərin ekipajı üçün yer hazırlanır.

"Naxçıvan" quru yük daşıyıcısının üç üzvünü xilas etmək mümkün olub, daha üç dənizçinin axtarışı hələ də davam edir.

Kerç boğazında "Kovel" quru yük daşıyıcısı, "Volqaneft -139" tankeri, "Volnoqorsk" quru yük daşıyıcısçı, "Naxçıvan" quru yük daşıyıcısı qəzaya uğrayıb.

Xəbər lenti

Xəbər lenti