...

Xəzər dənizinin Azərbaycan hissəsində balıqçı qayıqlar qəzalı vəziyyətə düşüb

Hadisə Materials 13 Noyabr 2007 10:20 (UTC +04:00)
Xəzər dənizinin Azərbaycan hissəsində balıqçı qayıqlar qəzalı vəziyyətə düşüb

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Qeyri-sabit hava şəraitinə görə Xəzər dənizinin Lənkəran rayon hissəsində 2 balıqçı qayığı qəzalı vəziyyətə düşüb. Dövlət Sərhəd Xidmətindən Trend in bölgə müxbirinə bildiriblər ki, noyabrın 12-də günorta saatlarında sərhədçilərə 2 balıqçı qayığının qəzalı vəziyyətə düşdüyü barədə məlumat daxil olub. Sərhədçilər bir gəmi ilə hadisə yerinə gediblər və bir balıqçı qayığını xilas edə biliblər. Qayıqda iki nəfər 1969-cu il təvəllüdlü Əfqan İslam oğlu Məmmədov və 1976-cı il təvəllüdlü qardaşı Şahin İslam oğlu Məmmədov olub. Digər qayığın tapılması istiqamətində isə axtarışlar davam etdirilir. Həmin qayığın batdığı güman edilir. Həmin qayıqda rayonun Nərimanabənd qəsəbə sakinləri 1975-ci il Taleh Kərim oğlu Əhədov, 1976-cı il təvəllüdlü Ağababa Gülağa oğlu Mikayılov olublar.

Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti