...

"Bakıelektrikşəbəkə"nin üç əməkdaşı bədbəxt hadisə zamanı həlak olub (yenilənib)

Hadisə Materials 26 Noyabr 2007 12:16 (UTC +04:00)
"Bakıelektrikşəbəkə"nin üç əməkdaşı bədbəxt hadisə zamanı həlak olub (yenilənib)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ "Bakıelektrikşəbəkə"nin Nərimanov rayon şöbəsinin üç əməkdaşı bədbəxt hadisə zamanı həlak olub.

Nərimanov rayon prokurorluğundan bazar ertəsi Trend ə bildiriblər ki, hadisə "Bakıelektrikşəbəkə"nin Nərimanov rayon şöbəsinin 215-ci yarımstansiyasında təmir işləri aparılarkən baş verib. Kabellərin təmiri zamanı daş hasar aşıb və "Bakıelektrikşəbəkə"nin üç əməkdaşı - İsa Hacıyev, Elnur Mustafayev və Elmar Nəsibov hadisə zamanı həlak olublar.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda insan ölümü ilə nəticələnən texniki təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti