...

Bakı sakini boğazını kəsib

Hadisə Materials 8 Yanvar 2009 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir S.Kazımlı/ Bakı sakini intihar etmək istəyib. Özünə qəsd etmək istəyən 44 yaşlı kişi kəsici alətlə boğazını kəsib. Bu barədə Binəqədi rayon Prokurorluğundan cümə axşamı Trend - a məlumat verilib.

Prokurorluqdan bildiriblər ki, yanvarın 7 - də səhər saat 08:00 radələrində Biləcəri qəsəbəsinin sakini İlham Hacıyev yaşadığı mənzildə kəsici alətlə boğazının damarlarını doğrayıb. Hadisədən sonra Hacıyev ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Coxlu qan itirən Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Prokurorluqdan əlavə ediblər ki, ilkin araşdırma zamanı Hacıyevin əsəbi xəstə olduğu müəyyənləşib. Hacıyev  2-3 gün əvvəl də kəsici alətlə qollarını doğrayıbmış. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti