...

Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları əcnəbi satıcıya saxta əskinaz verən şəxsi saxlayıblar

Hadisə Materials 6 Fevral 2009 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları əcnəbi satıcıya saxta əskinaz verən şəxsi saxlayıblar.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü verilən məlumata görə, fevralın 5-də saat 13:30 radələrində metronun "Qara Qarayev" stansiyasında əvvəllər məhkum olunmuş 25 yaşlı Rasim Ramazanov Pakistan Respublikasının vətəndaşı Mühəmməd Zübair Aşiq oğluna 50 manatlıq saxta əskinaz verərək 8 manatlıq poliver almaq istəyib.

Saxlanılan Ramazanov barəsində cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti