...

Güclü külək Azərbaycanın şimal rayonunda yaşayış evlərinə ciddi ziyan vurub

Hadisə Materials 10 Mart 2009 10:45 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 10 mart / Trend , müxbir A.Qafarov/

Azərbaycanın şimal bölgəsində müşahidə olunan güclü külək və qasırğa Quba rayonunun (paytaxt Bakıdan 170 kilometr məsafədə) yaşayış evlərinə ciddi ziyan vurub.

Trend -un bölgə müxbirinin məlumatına görə, güclü külək rayonun Giləzi, Qonaqkənd, Susay, Möhüc kəndlərində yaşayış evlərinin damını uçurub. Qonaqkənd ərazisində 20-ə yaxın elektrik dirəyi aşıb.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov jurnalistlərə bildirib ki, rayona dəyən ziyanın aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Gecədən rayonun bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılsa da, səhərə yaxın bərpa edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti