...

ADNA-nın üç tələbəsi xəstəxanada dünyasını dəyişib - növbətçi həkim

Hadisə Materials 30 Aprel 2009 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir E.İsmayılov / 

"1 saylı Mərkəzi Şəhər Xəstəxanasına çümə axşamı səhər Azərbaycan Dövlət Neft Akademiyasında baş vürmiş insident nəticəsində ağır yaralanmış yeddi zərərçəkən çatdırılıb. Onlardan üçü artıq dünyasını dəyişib", - həmin xəstəxananın növbətçi həkimi Əziz Məmmədov deyib. Xəstəxanaya həmçinin altı cəsəd gətirilib ki, onlardan ikisi qadın olub.

Gətirilən zərərçəkənlərdən biri akademiyanın professoru, digərləri tələbələrdir. Onlardan biri reanimasiya şöbəsinə yerləşdirilən Sudan vətəndaşıdır. "Bu yeddi nəfərdən başqa daha bir nəfər yardım üçün müraciət edib, lazımı tibbi yardım göstəriləndən sonra o, evinə buraxılıb", - Məmmədov bildirib.

Onun sözlərinə görə, zərərçəkənlər əsasən baş və boyun nahiyəsindən güllə yaraları alıblar.

"Azərbaycan Neft Akademiyasında atəş açmış şəxs tapança ilə silahlanmışdı", - hadisənin şahidlərindən biri, tələbə Rəşad Allahverdiyev deyib.

"Onun əynində cins gödəkçə və başında kepka var idi", - Akademiyanın "Beynəlxalq münasibətlər və menecment" fakultəsinin ikinci kurs tələbəsi Allahverdiyev bildirib.

"Atəş açılan kimi biz təşvişə düşdük və qaçmağa başladıq, hər şeyi aydın görə bilmədik", - hazırda insident nətciəsində zərərçəkənlərin aparıldığı Musa Nağıyev adına təcili tibbi yardın xəsətəxanasında olan Allahverdiyev deyib.

Atəş açan şəxs artıq zərərsizləşdirilib. Bu haqda informasiyanı daxili işlər nazirinin müavini Vilayət Eyvazov təsdiqləyib. Digər məlumatlara görə, cinayətkar özü özünü öldürüb. Bakı şəhər prokurorluğundan xəbər verilir ki, ilkin məlumatlara görə 8-10 nəfər öldürülüb.

Xəbər lenti

Xəbər lenti