İranın Saha avia şirkətinə məxsus sərnişin təyyarəsi Əhavz şəhər hava limanında məcbri eniş edib. Səbəb olaraq təyyarənin mühərriklərindən birindəki nasazlıq göstərilir. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, Boinq 707(Boeing 707) sərnişin təyyarəsi Əhvaz hava limanından Tehran istiqamətində havaya qalxdıqdan 10 dəqiqə sonra təyyarənin mühərriklərindən birində nasazlıq olduğu məlum olub və təyyarə məcbri eniş etməyə məcbur olub. Təyyarədə 174 sərinişin olub, xəsarət alan yoxdur.