...

Azərbaycan paytaxtında yaşayış evində partlayış baş verib, xəsarət alan var

Hadisə Materials 28 Dekabr 2009 13:48 (UTC +04:00)
Binəqədi rayon prokurorluğundan Trend News-a verilən məlumata görə, bazar ertəsi günorta saatlarında Binəqədi rayonu, Binəqədi yeni yaşayış massivindəki mənzillərin birinin hamamında yanğına keçən partlayış olub.
Azərbaycan paytaxtında yaşayış evində partlayış baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın paytaxtında yaşayış evində partlayış baş verib.

Binəqədi rayon prokurorluğundan Trend -a verilən məlumata görə, bazar ertəsi günorta saatlarında Binəqədi rayonu, Binəqədi yeni yaşayış massivindəki mənzillərin birinin hamamında yanğına keçən partlayış olub.

Partlayış zamanı 72 yaşlı ev sahibi hamamda olub. O, ağır yanıq xəsarəti alıb və 5 saylı Kiliniki Xəstəxananın yanıq şöbəsinə yerləşdirlib, vəziyyəti ağırdır.

Ətraf mənzillər yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti