...

Azərbaycanda həbsdə olan baş redaktorun üzərindən heroin tapılıb

Hadisə Materials 30 Dekabr 2009 13:14 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictmaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov çərşənbə günü Trend News-a bildirib ki, dünən 12 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumun üzərində axtarış-baxış tədbirləri aparılıb.
Azərbaycanda həbsdə olan baş redaktorun üzərindən heroin tapılıb

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsdə olan baş redaktorun üzərindən heroin tapılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictmaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov çərşənbə günü Trend -a bildirib ki, dünən 12 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumun üzərində axtarış-baxış tədbirləri aparılıb.

Onlardan ikisinin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb.

Sadıqovun sözlərinə görə, "Gündəlik Azərbaycan" və "Realnı Azərbaycan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin ayaqqabısından və gödəkçəsinin astarından 0,223 qram heroin, Şahin Şəmsiyevin üzərindən isə 0,081 qram heroin tapılıb.

Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Faktla bağlı Bakının Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bakının Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Sadıqov bildirib ki, il ərzində cəzaçəkmə müəssisələrində 40 belə fakt aşkarlanıb. Dekabr ayında 5 belə fakt qeydə alınıb. Onlardan üçü 6 saylı, biri 10 saylı müəssisədə, biri isə Qobustan qapalı həbsxanasında qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti