...

Azərbaycanın Zaqatala rayonunda sel olub

Hadisə Materials 3 Aprel 2010 13:37 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, aprelin 2-də axşam saatlarından başlayaraq respublikanın bəzi şimal-qərb rayonlarında hava şəraiti dəyişib, külək əsib, yağış və dolu yağıb.
Azərbaycanın Zaqatala rayonunda sel olub

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimal-qərbində yerləşən Zaqatala rayonunda sel olub.

Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, aprelin 2-də axşam saatlarından başlayaraq respublikanın bəzi şimal-qərb rayonlarında hava şəraiti dəyişib, külək əsib, yağış və dolu yağıb.

Nəticədə, Zaqatala rayonunun Çobançöl kəndində bəzi həyətyanı sahələr yağış suları ilə dolub. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün hadisə rayonunda aidiyyatı qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti