...

Azərbaycanlı zəvvar İraq xəstəxanasında uğurla əməliyyat olunub, vəziyyəti sabitdir – xəsarət alanın atası

Hadisə Materials 15 Oktyabr 2010 14:29 (UTC +04:00)
İraqda avtobusun partladılması nəticəsində xəsarət alan azərbaycanlı zəvvar Elvin Aslanov xəstəxanada uğurla əməliyyat olunub. Bu barədə Trend-ə onun atası İlqar Aslanov deyib.
Azərbaycanlı zəvvar İraq xəstəxanasında uğurla əməliyyat olunub, vəziyyəti sabitdir – xəsarət alanın atası

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir T.Cəfərov/

İraqda avtobusun partladılması nəticəsində xəsarət alan azərbaycanlı zəvvar Elvin Aslanov xəstəxanada uğurla əməliyyat olunub. Bu barədə Trend-ə onun atası İlqar Aslanov deyib.

Onun sözlərinə görə, cümə axşamı İraq həkimləri Aslanovun əlindəki gülləni çıxarıblar.

"Hyundai" markalı avtobusun oktyabrın 13-də səhər saatlarında İraqın Diyalə əyalətində partlaması nəticəsində, bir azərbaycanlı zəvvar - İntiqam Rüstəmov - həlak olub, üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Həlak olan və yaralıların Vətənə çatdırılmaları ilə Azərbaycanın İraqda akkreditə olunmuş İordaniyadakı Səfirliyi məşğul olur.

Digər zəvvarlar cümə axşamı səhər Kərbəlaya çatıblar. Onların hamısı İraqın Bakıdakı Səfirliyindən viza alıblar.

Bu, İraqda azərbaycanlı zəvvarlarla bağlı baş verən ilk faciəvi hadisə deyil. Yanvarda azərbaycanlı zəvvarları aparan avtobus İraqın Kərbəla şəhəri yaxınlığında atəşə tutulmuşdu. Nəticədə, 16 yaşlı qız həlak olmuş və daha üç nəfər xəsarət almışdı.

Martda Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi saytında Azərbaycan vətəndaşlarını İraqın Mosul, Nəcəf, Kərbəla şəhərlərində yerləşən müqəddəs yerləri ziyarət etməkdən çəkindirməklə bağlı  xəbərdarlıq yaymışdı.

Xəbər lenti

Xəbər lenti