...

Ermənilərin açdığı atəş nəticəsində 9 yaşlı azərbaycanlı uşaq ölüb

Hadisə Materials 8 Mart 2011 20:37 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin çərşənbə axşamı saat 17-18 radələrində işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsin pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arzu oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.
Ermənilərin açdığı atəş nəticəsində 9 yaşlı azərbaycanlı uşaq ölüb

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir K.Zarbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin çərşənbə axşamı saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arzu oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Bu barədə Trend-ə Ağdam rayon prokuroru İslam Qasımov bildirib.

Kərimov deyib ki, uşaq baş nahiyyəsindən yaralanıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti