...

Ağdamda ağır yol qəzası olub

Hadisə Materials 7 Aprel 2011 16:30 (UTC +04:00)
Ağdam rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Ağdamda ağır yol qəzası olub

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ağdam rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 6-da saat 17:30 radələrində Ağdam rayonunun Zəngişalı kəndinin ərazisində Rzalar kənd sakini Bəylər Süleymanov idarə etdiyi "QAZ-24" markalı avtomaşını yolun kənarındakı mağazanın divarına çırpıb, sonradan idarəetməni itirərək hadisə yerinin yaxınlığında olan Şuşa rayon sakini Etibar İsmayılovu və Zəngişalı kənd sakini Ceyhun Mahmudovu vurub.

Nəticədə xəsarət almış İsmayılov və Mahmudov xəstəxanaya yerləşdiriliblər. Mahmudov xəstəxanada ölüb.

Ağdam rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti