...

Azərbaycanda 25 min tondan artıq narkotik xassəli bitki məhv edilib

Hadisə Materials 23 İyun 2011 12:27 (UTC +04:00)
Azərbaycan polisinin keçirdiyi əməliyyat nəticəsində 25 min tondan artıq narkotik xassəli bitki məhv edilib
Azərbaycanda 25 min tondan artıq narkotik xassəli bitki məhv edilib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycan polisinin keçirdiyi əməliyyat nəticəsində 25 min tondan artıq narkotik xassəli bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildiriblər ki, Yardımlı RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 22 ton 740 kiloqram olan 68 min 910 ədəd xaşxaş kolu yığılaraq məhv edilib.

Tovuz RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Alakol kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 2 ton 260 kiloqram olan 1450 ədəd çətənə kolu yığılaraq məhv edilib.

Yevlax RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Aeroport qəsəbə sakini Anar İsmayılova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 4 kiloqram 165 qram olan 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti