Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda ağır yol qəzası olub, 4 nəfər ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin internet səhifəsinə istinadən verdiyi məlumata görə, iyulun 15-də saat 23:00 radələrində Xəzər rayonu, Xaşaxuna bağlar yaşayış sahəsində Zirə qəsəbə sakini Elxan Əzimovun idarə etdiyi "VAZ-2106" markalı və "A.Trans Lizinq" şirkətinə məxsus, sürücüsü hadisə yerindən qaçmış "FAV" markalı avtomaşınlar toqquşub.
Nəticədə Əzimov və sərnişinləri - Zirə qəsəbə sakinləri Yeganə Əzimova, Mübariz Qarayev və Təranə Qarayeva hadisə yerində ölüb, xəsarət almış sərnişini Fərman Qarayev isə xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı ölənlərin qohumları tərəfindən hər 2 avtomaşın yandırılıb.
Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda ağır yol qəzasında 4 nəfər həlak olub
Nəticədə Əzimov və sərnişinləri - Zirə qəsəbə sakinləri Yeganə Əzimova, Mübariz Qarayev və Təranə Qarayeva hadisə yerində ölüb, xəsarət almış sərnişini Fərman Qarayev isə xəstəxanaya yerləşdirilib.
