...

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutusu"ndakı məlumatların şifrini ICAO açacaq

Hadisə Materials 18 İyul 2011 17:03 (UTC +04:00)
Bu gün Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutusu" amerikalı hərbçilər tərəfindən tapılıb və şifrini açmaq üçün ən yaxın zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) ofisinə çatdırılacaq.
Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutusu"ndakı məlumatların şifrini ICAO açacaq

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir S.Ağayeva/

Bu gün Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutusu" amerikalı hərbçilər tərəfindən tapılıb və şifrini açmaq üçün ən yaxın zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) ofisinə çatdırılacaq. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib.

Səfir deyib ki, amerikalı hərbçilərin tapdıqları "qara qutu" artıq Əfqanıstanın Nəqliyyat Nazirliyinə verilib.

Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvünün meyitini hələlik qəza yerindən götürmək mümkün olmayıb.

"Yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub", - bir müddət əvvəl səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Xəbər lenti

Xəbər lenti