...

Bakıda daş karxanasının sahibindən hədə-qorxu ilə pul alan dəstə zərərsizləşdirilib

Hadisə Materials 4 Avqust 2011 12:46 (UTC +04:00)
Bakıda daş karxanasının sahibindən hədə-qorxu ilə pul alan dəstə zərərsizləşdirilib
Bakıda daş karxanasının sahibindən hədə-qorxu ilə pul alan dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Bakıda daş karxanasının sahibindən hədə-qorxu ilə pul alan dəstə zərərsizləşdirilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tərdbirləri nəticəsində Sabirabad rayon sakini Kənan Məmmədov, Sədərək rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev, Şərur rayon sakini Məmməd Məmmədov, Şirvan şəhər sakini Taleh Nəcəfov, Ağdam rayon sakini Əlövsət Orucov və Qubadlı rayon sakini Əlizamin Niyazov əlbir olaraq Qaradağ rayonu ərazisindəki daş karxanasının sahibi Akif Məmmədova hədə-qorxu gələrək hər ay onlara 30.000 manat ödəmək öhdəliyi qoyaraq, 5.000 manat aldıqlarına görə tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti