Azərbaycan, Bakı, 4 sentyabr /Trend/
Bakının Nizami rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən bazar günü Trend-ə verilən məlumata görə, sentyabrın 4-də saat 09:30 radələrində Nizami rayonu, Babək prospekti 2224-cü məhəllənin yaxınlığında Keşlə qəsəbə sakini 1979-cu il təvəllüdlü Əzizov Ramin Vilayət oğlu idarə etdiyi "Mersedes" markalı, 90 KU 420 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada - Keşlə qəsəbə sakini 1957-ci il təvəllüdlü Şahverdiyeva Svetlana Ağalar qızını vurub. Sonra avtomobil idarəetməni itirib, yolun kənarında dayanan, təxminən 45-50 yaşlı və 25-27 yaşlı, adları məlum olmayan iki piyadanı vurub. Qəza nəticəsində hər üç piyada vəfat edib
Faktla bağlı Araşdırmalar davam etdirilir.
Bakıda sürücü üç piyadanı öldürüb
Bakının Nizami rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
