...

Rusiyada Yak-42 təyyarəsinin qəzaya uğrama səbəbləri açıqlanıb

Hadisə Materials 7 Sentyabr 2011 20:27 (UTC +04:00)
Yaroslavl əyalətində qəzaya uğrayan Yak-42 təyyarəsi eniş-uçuş zolağından ayrılıb, lakin lazımi yüksəkliyə qalxa bilməyərək zolağın sonundakı mayak anteninə dəyib, sonra yerə düşərək parçalanıb və yanıb.
Rusiyada Yak-42 təyyarəsinin qəzaya uğrama səbəbləri açıqlanıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

İlkin məlumatlara görə, Rusiyanın Yaroslavl əyalətində qəzaya uğrayan Yak-42 təyyarəsi eniş-uçuş zolağından ayrılıb, lakin lazımi yüksəkliyə qalxa bilməyərək zolağın sonundakı mayak anteninə dəyib, sonra yerə düşərək parçalanıb və yanıb. Trend-in məlumatına görə, bu barədə "Praym" agentliyi Rusiya aviasiyasına istinadən xəbər verib.

"Hələ ki, məlumat belədir", - Ria Novostinin yazdığına görə, idarədən bildiriblər.

Son məlumatlara görə, Yaroslavl-Minsk reysi üzrə hərəkət edən təyyarədə 45 nəfər, o cümlədən Yaroslavlın hokkey komandası "Lokomotiv"in əsas heyətinin üzvləri olub. Rusiya FHN-in məlumatına görə, onlardan yalnız iki nəfər sağ qalıb.

Xəbər lenti

Xəbər lenti