...

Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, ölən və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 9 Sentyabr 2011 16:24 (UTC +04:00)
Bakıda 89 saylı sərnişin avtobusu mikroavtobusla toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, dördü isə yaralanıb
Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, ölən və yaralananlar var (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 89 saylı sərnişin avtobusu mikroavtobusla toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, dördü isə yaralanıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə zamanı bir nəfər yaralı stansiyanın həkimləri tərəfindən 3 saylı şəhər Klinik xəstəxanasına aparılıb.

Klinik xəstəxananın qəbul şöbəsindən Trend-ə verilən məlumata görə, xəstəxanaya qəza zamanı xəsarət alan 4 nəfər yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Sabunçu rayon Polis İdarəsindən bildirilib ki, hadisə zamanı 1 nəfər dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti