Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakının Yasamal rayonunda avtomobillə 83 yaşlı qadın vurulub.
Yasamal rayon prokurorluğundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Tbilisi prospekti, 73 saylı ünvanda 1983-cü il təvəllüdlü Anar Əlizadə idarə etdiyi "VAZ 21 112" markalı avtomobillə yolu keçən 1928-ci il təvəllüdlü Qutsutsay Lyubov Pavlovnanı vurub.
83 yaşlı qadın kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə aparılıb və orada dünyasını dəyişib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi başlanıb.
Bakıda avtomobillə 83 yaşlı qadın vurulub
Bakının Yasamal rayonunda avtomobillə 83 yaşlı qadın vurulub.
