...

Türkiyədəki zəlzələdə Yaponiya vətəndaşı ölüb

Hadisə Materials 10 Noyabr 2011 16:05 (UTC +04:00)
Türkiyənin Van şəhərində baş verən yeni zəlzələ nəticəsində "Qaçqınlara kömək assosiasiyası" qeyri-hökumət təşkilatının xətti ilə Türkiyəyə gələn Yaponiya vətəndaşı Atsusi Miyadzaki ölüb
Türkiyədəki zəlzələdə Yaponiya vətəndaşı ölüb

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir A.Tağıyeva/

Çərşənbə günü Türkiyənin Van şəhərində baş verən yeni zəlzələ nəticəsində "Qaçqınlara kömək assosiasiyası" qeyri-hökumət təşkilatının xətti ilə Türkiyəyə gələn Yaponiya vətəndaşı Atsusi Miyadzaki ölüb. Bu barədə Trend cümə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.

Miyadzaki "Bayram" hotelinin dağıntıları altında tapılıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orada dünyasını dəyişib.

"Qaçqınlara kömək assosiasiyası" QHT-nin əməkdaşları 32 yaşlı Konnay və 41 yaşlı Miyadzaki xəsarət alanlara və qaçqınlara kömək etmək üçün Türkiyəyə oktyabrın 23-də baş verən zəlzələdən üç gün sonra gəliblər. Oktyabrın 29-dan onlar "Bayram" hotelində qalıblar.

Çərşənbə günü Van əyalətində 5,6 bal gücündə zəlzələ baş verib, onun episentri Edremit qəzası olub. Son məlumatlara görə, 7 nəfər ölüb, 23 nəfəri isə xilas etmək mümkün olub. Onların əksəriyyəti Qızıl Xaç nümayəndələrinin və jurnalistlərin yerləşdiyi dördotaqlı "Bayram" hotelində yaşayıblar. Müxtəlif məlumatlara görə, ümumilikdə 50 nəfərdən çox insan xəsarət alıb.

Oktyabrın 23-də 7,2 bal gücündə baş verən zəlzələdə 600 nəfərdən çox insan ölüb.

Xəbər lenti

Xəbər lenti