...

FHN Xırdalanda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 3 Dekabr 2011 13:46 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Abşeronda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
FHN Xırdalanda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi Abşeronda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Trend-in şənbə günü nazirliyin internet saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 3500 kv.m olan soyuducu anbarda yanğın olub.

İlkin məlumata görə, yanğın nəticəsində anbarın yanar konstruksiyaları, təqribən 2000 kv.m sahədə, habelə anbardakı soyuducu kameraları içərisindəki ərzaq məhsulları ilə birlikdə yanıb, anbarın metal konstruksiyadan ibarət dam örtüyü yüksək temperaturdan deformasiyaya uğrayıb.

Yanğın saat 11:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anbarın qalan hissəsi və ona bitişik olan ofis binası yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti