...

ABŞ hərbiçiləri Fars körfəzində iranlı dənizçiləri xilas ediblər

Hadisə Materials 11 Yanvar 2012 10:36 (UTC +04:00)
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmisinin ekipajı Fars körfəzində içərisində altı iranlı dənizçinin olduğu gəmini xilas edib.
ABŞ hərbiçiləri Fars körfəzində iranlı dənizçiləri xilas ediblər

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmisinin ekipajı Fars körfəzində içərisində altı iranlı dənizçinin olduğu gəmini xilas edib. Trend-in məlumatına görə, RBK agentliyinin yazdığına əsasən, bu barədə Pentaqonun mətbuat xidmətindən bildirilib.

Bu, həftə ərzində ABŞ Silahlı Qüvvələrinin regionda apardığı və İran vətəndaşlarına yardım olunan ikinci xilasetmə əməliyyatıdır.

Yanvarın 10-da səhər tezdən aparılan əməliyyatda əsas rolu ABŞ Sahil mühafizə xidmətinin "Monoma" katerinin ekipajı oynayıb. Qəzaya uğrayan "Ya Hüseyn" yük gəmisi Fars körfəzinin şimal hissəsində yerləşən İranın Um-Qəsr limanının 90 kilometrliyində fəlakət siqnalı verib. Hərbiçilərin məruzəsində göstərilir ki, gəmi dayanaraq suya batmağa başlayıb. Eyni zamanda, göyərtədə yanğın baş verib və nəticədə ekipajın bəzi üzvləri yanıq xəsarətləri alıblar.

ABŞ-ın 5-ci donanmasının bəyanatında deyilir ki, xilas olunanların hamısı vətənə qaytarılıblar. Lakin bunun hansı üsulla və nə qədər müddətə həyata keçirildiyi bildirilmir.

Xəbər lenti

Xəbər lenti