...

Erməni əsgərinin suçiçəyindən öldüyü müəyyənləşib

Hadisə Materials 14 Yanvar 2012 11:12 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayk Xaçatryanın suçiçəyinin ağır formasından öldüyü müəyyənləşib
Erməni əsgərinin suçiçəyindən öldüyü müəyyənləşib

Azərbaycan, Bakı, 14 yanvar/Trend/

Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayk Xaçatryanın suçiçəyinin ağır formasından öldüyü müəyyənləşib. Trend-in şənbə günü "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Silahlı Qüvvələrinin hərbi-tibbi idarəsinin müdiri, polkovnik Artaşes Parsadanyan deyib.

Həkimin sözlərinə görə, suçiçəyinin bu növü daxili orqanların zədələnməsinə, beyinin iltihabına və orqanizmin zəhərlənməsinə səbəb olur.

"Əsgərdə xəstəliyin bu növü tez, hətta deyərdim ki, ildırımsürətilə inkişaf edib" , - Parsadanyan bildirib.

Onun sözlərinə görə, xəstəlik mərkəzi əsəb sistemini, qarın boşluğunu, döş qəfəsini zədələyə bilər. "Əsgərdə bu simptomlar olub" , - o deyib.

"Əlbəttə ki, müasir tibbi ləvazimatların, müalicə metodlarının tətbiqi ilə müvafiq kompleks profilaktik müalicə tədbirləri görüldü. Lakin bu xəstəliyin gedişatı və sona çatmasını əvvəlcədən söyləmək olmur" , - Parsadanyan qeyd edib.

Onun sözlərinə görə, bu xəstəlikdən çox az adam müalicə olunur.

Parsadanyan qeyd edib ki, əsgərin ölümündən sonra müdafiə nazirinin əmri ilə professor Benik Arutyunyannın başçılıq etdiyi müstəqil komissiya yaradılıb.

"Düşünürəm ki, komissiya tibbi ekspertizanın nəticələri üzrə xəstələyin gedişatı, aparılan müalicə haqqında düzgün rəy verə biləcək" , - o vurğulayıb.

Komissiya görülmüş işlər barədə 1-2 həftə ərzində hesabat təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, Xaçatryan dekabrın 30-da xəstəxanada ölüb.

Xəbər lenti

Xəbər lenti