...

Salyan rayon Prokurorluğunun qarşısında özünüyandırma cəhdinin qarşısı alınıb

Hadisə Materials 24 Fevral 2012 18:57 (UTC +04:00)
Salyan rayon prokurorluğunun qarşısında özünüyandırma cəhdinin qarşısı alınıb.
Salyan rayon Prokurorluğunun qarşısında özünüyandırma cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Salyan rayon prokurorluğunun qarşısında özünüyandırma cəhdinin qarşısı alınıb. Bu barədə cümə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 24-də, saat 10:00 radələrində Şirvan şəhərinin sakini, əvvəllər Cinayət Məcəlləsinin quldurluq, qanunsuz olaraq odlu silah və narkotik vasitələr saxlama maddələri ilə üç dəfə məhkum olunmuş Mehdiyev Vaqif Təzəxan oğlu Salyan rayon prokurorluğunun qarşısında özünü yandırmağa cəhd edib, lakin polis əməkdaşları tərəfindən bunun qarşısı alınıb.

Hadisə ilə bağlı toplanmış materiallar Salyan rayon prokurorluğuna göndərilib.

Həmçinin müəyyən olunub ki, Cəlilabad rayon sakini Elçin Qurbanov fevralın 22-də ərizə ilə Cəlilabad rayon Polis Şöbəsinə müraciət edərək ayrı-ayrı vaxtlarda işlədiyi mağazaya gələn tanımadığı iki nəfərin və qohumu Vaqif Mehdiyevin sonuncudan pul borcunu tələb edəcəyi təqdirdə onu öldürməklə hədələdiyini bildirib.

Fakt üzrə rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti