...

Bakıda qazıntı işləri zamanı top mərmiləri aşkarlanıb

Hadisə Materials 18 Mart 2012 19:06 (UTC +04:00)
Bakıda top mərmiləri aşkarlanıb.
Bakıda qazıntı işləri zamanı top mərmiləri aşkarlanıb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Bakıda top mərmiləri aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanıb.

Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 17-ədəd top mərmisidir. Mərmilər aidiyyəti üzrə təhvil verilmişdir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və şübhəli əşya aşkar etməmişlər. Əməliyyat bu gün saat 12:27-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti