...

Azərbaycan Ordusunun əsgəri hərbiçi yoldaşını və özünü öldürüb, iki nəfər isə yaralanıb

Hadisə Materials 30 Mart 2012 10:34 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri hərbiçi yoldaşını və özünü öldürüb, iki nəfər isə yaralanıb.
Azərbaycan Ordusunun əsgəri hərbiçi yoldaşını və özünü öldürüb, iki nəfər isə yaralanıb

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun əsgəri hərbiçi yoldaşını və özünü öldürüb, iki nəfər isə yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 29-da Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə ölümlə nəticələnən cinayət hadisəsi baş verib.

Əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib və sonra da özünü öldürüb. Silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı iki əsgər yaralanıb. Onların vəziyyəti kafidir.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti