...

Bakıda internet klubunda qanunsuz qumarxana aşkarlanıb

Hadisə Materials 16 Aprel 2012 13:14 (UTC +04:00)
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Nizami Qənbərovun Yasamal rayonu ərazisindəki internet klubların birində "on line" sistemi ilə qumarxana təşkil etməsi müəyyən edilib.
Bakıda internet klubunda qanunsuz qumarxana aşkarlanıb

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda internet klubunda qanunsuz qumarxana aşkarlanıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Nizami Qənbərovun Yasamal rayonu ərazisindəki internet klubların birində "on line" sistemi ilə qumarxana təşkil etməsi müəyyən edilib.

Qumarxanaya baxış zamanı 8 dəst "Los" markalı kompyuter, 1 ədəd "Novomaz Admiral" kazino oyun aparatı, 46 ədəd loto kart, 77 ədəd 50 və 100 dollarlıq priz kartları, digər sənədlər və 33 manat məbləğində uduşa qoyulmuş pul aşkar edilib.

Xəbər lenti

Xəbər lenti