...

Oğuzda taxıl sahəsi yanıb

Hadisə Materials 9 İyun 2012 13:14 (UTC +04:00)
Oğuz rayonunun Padar kəndində yanğın baş verib.
Oğuzda taxıl sahəsi yanıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İsabalayeva/

Oğuz rayonunun Padar kəndində yanğın baş verib.

Trend şənbə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Padar kəndində vətəndaşlara məxsus 5,1 ha ərazidə biçilməmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı biçilməmiş taxıl sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub və yanğın söndürülüb.

Biləsuvar rayonunun Çaylı kəndində isə kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub və yanğın söndürülüb.

Xəbər lenti

Xəbər lenti