...

Suriyada 206 nəfər qətlə yetirilib

Hadisə Materials 21 İyul 2012 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir R.Hafizoğlu/

Suriyanın Hums Hama, İdlib və Dəməşq şəhərlərində hökumət qüvvələri ilə Azad Suriya Ordusu arasında baş verən toqquşmalarda 206 nəfər qətlə yetirilib. Trend-in məlumatına görə, bu haqda "Əl Cəzirə" telekanalı məlumat verib. Ölənlər arasında çoxlu sayda dinc vətəndaşın olduğu bildirilir.

Ölkənin Hums şəhərində isə, cəza evlərinin birinin rəisinin müxalifət tərəfinə keçməsindən sonra, altı min siyasi məhbusun sərbəst buraxıldığı bildirilir.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 12 mini ötüb.
Təxminən 230 min insan qaçqın düşüb, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti