...

Türkiyədə 22 PKK silahlısı məhv edilib

Hadisə Materials 31 İyul 2012 17:55 (UTC +04:00)
Türkiyə təhlükəsizlik qüvvələrinin Şemdinli vilayətində apardığı əməliyyat zamanı terrorçu Kürd Fəhlə Partiyasının (PKK) 22 silahlısı məhv edilib.
Türkiyədə 22 PKK silahlısı məhv edilib

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyə təhlükəsizlik qüvvələrinin Şemdinli vilayətində apardığı əməliyyat zamanı terrorçu Kürd Fəhlə Partiyasının (PKK) 22 silahlısı məhv edilib. Bu barədə Trend çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən məlumat verir.

Müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK ilə Türkiyə arasında münaqişə 25 ildən çoxdur ki, davam edir.

PKK BMT və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti