...

Bakıda keçmiş məhkum qətlə yetirilib

Hadisə Materials 6 Sentyabr 2012 10:01 (UTC +04:00)
Araşdırma zamanı onun X.Mustafayev küçəsində yaşayan əvvəllər məhkum olunmuş Əlisöhbət Qasımov olması müəyyən edilib.
Bakıda keçmiş məhkum qətlə yetirilib

Azərbaycan, Bakı, sentyabr 5 /Trend, müxbir E.Mehdiyev/

Bakıda keçmiş məhkum qətlə yetirilib.

Bakı şəhər Baş Polis İdarəsnindən Trend-ə verilən məlumata görə, sentyabrın 5-i saat 04:30 radələrində Şərifzadə küçəsində 35-40 yaşlarında kişi qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə daxil olub və orada ölüb.

Araşdırma zamanı onun X.Mustafayev küçəsində yaşayan əvvəllər məhkum olunmuş Əlisöhbət Qasımov olması müəyyən edilib.

Yasamal RPİ 29-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Bakı şəhər sakini İkram Yusifov sentyabrın 5-də yaxalanıb.

Xəbər lenti

Xəbər lenti