...

Masallıda beynəlxalq tədbiri pozmaq istəyənlərin evindən qumbara və qanunla qadağan olunmuş dini kitablar aşkarlanıb

Hadisə Materials 21 Sentyabr 2012 13:19 (UTC +04:00)
Masallıda keçirilən beynəlxalq tədbiri pozmaq istəyənlərin evindən qumbara və qanunla qadağan olunmuş dini kitablar aşkarlanıb
Masallıda beynəlxalq tədbiri pozmaq istəyənlərin evindən qumbara və qanunla qadağan olunmuş dini kitablar aşkarlanıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Masallıda keçirilən beynəlxalq tədbiri pozmaq istəyənlərin evindən qumbara və qanunla qadağan olunmuş dini kitablar aşkarlanıb.

Trend-in cümə günü DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Masallı RPŞ və rayon prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 8-də Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən "Masallı Folklor-2012 Beynəlxalq Festivalı" zamanı tədbiri pozduqlarına və polis əməkdaşına xəsarət yetirdiyinə görə saxlanılmış Araz Quliyevin, Xalid Kazımovun və Rza Ağalının evlərinə baxış zamanı 2 ədəd qumbara, 1 kiloqram 975 qram tiryək və qanunla qadağan olunmuş dini kitablar və broşuralar aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti