Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda zavodun ərazisində yanğın olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda Beton zavodunun ərazisində sahəsi 30 kvadratmetr olan tikilinin dam örtüyü 15 kvadratmetr sahədə və içərisində hər birinin gücü 6 kVt olan transformatorların sarğıları, yağı yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.