...

Dəməşqdə partlayş nəticəsində 11 nəfər ölüb

Hadisə Materials 5 Noyabr 2012 20:20 (UTC +04:00)
Bu gün Suriyanın paytaxtı Dəməşq şəhərində baş vermiş partlayış nəticəsində ən azı 11 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Dəməşqdə partlayş nəticəsində 11 nəfər ölüb

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Bu gün Suriyanın paytaxtı Dəməşq şəhərində baş vermiş partlayış nəticəsində ən azı 11 nəfər ölüb, onlarla insan xəsarət alıb. Bu barədə Trend SANA agentliyinə istinadən məlumat verir.

İlkin məlumatlara görə, partlayışı terrorçu-intiharçı Mazzeh məhəlləsində (Mazzeh Jabal, 86) minalanmış avtomobildə törədib.

Qeyd edək ki, bu məhəllədə yaşayanların əksəriyyəti Bəşşar Əsədi dəstəkləyir.

Yerli xəstəxananın nümayəndəsinin sözlərinə görə, partlayışdan sonra üç cəsəd və 24 yaralı gətirilib. Onların əksəriyyəti ciddi xəsarət alıb.

Öz növbəsində, Suriya hüquq müdafiəçiləri qeyd edirlər ki, yaralananlar arasında uşaqlar da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti