Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda qadına məxsus avtomobildən oğurluq edən şəxslər tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 2-də Babək prospektində Ulduzə Eyvazovaya məxsus "Subaru" markalı avtomobildən açıq qapıdan keçməklə içərisində 1000 manat, 2 ədəd mobil telefon və sənədlər olan əl çantası oğurlanıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ramil Qəmbərov və Ruslan Əsgərov dekabrın 3-də yaxalanıb.