...

Suriyada minaatan atəşi nəticəsində 8 məktəbli ölüb

Hadisə Materials 4 Dekabr 2012 18:15 (UTC +04:00)
Suriyanın Dəməşq əyalətindəki məktəbə minaatan mərmisinin düşməsi nəticəsində 8 məktəbli ölüb.
Suriyada minaatan atəşi nəticəsində 8 məktəbli ölüb

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Suriyanın Dəməşq əyalətindəki məktəbə minaatan mərmisinin düşməsi nəticəsində 8 məktəbli ölüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı RİA Novosti SANA dövlət informasiya agentliyinə istinadən xəbər verir.

Ölənlər paytaxtdan 20 kilometr şimalda yerləşən Mühəyyəm əl-Uafideyn kəndindəki "əl-Btiha" məktəbinin şagirdləridir.

Suriya hakimiyyəti məktəbin atəşə tutulmasını ölkə vətəndaşlarının qorxudulmasına yönəldilmiş növbəti terror aktı kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti