Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Mehdiyev/
Quba rayonunda 26 yaşlı qadın özünə qəsd edib.
Quba rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Tülər kənd sakini 1986-cı il təvəllüdlü Mütəllimova Düriyə Rasim qızı zəhərləyici dərman içərək özünü oldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.