...

İranda kömür mədənində partlayış olub, ölənlər var

Hadisə Materials 18 Dekabr 2012 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir T.Cəfərov/

İranın Təbəs (Tabas) şəhərinin "Yal Şimali" (Şimal dağları) daş kömür mədənində bu gün səhər yerli vaxtla saat 04:00 radələrində partlayış baş verib.

Trend-in ILNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 3 nəfər həlak olub, 8 nəfər isə tunelin dağıntıları altında qalıb.

Hələlik dağıntılar altında qalan fəhlələrin vəziyyəti ilə bağlı məlumat yoxdur.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti