Azərbaycan, Bakı, 24 dekabr / Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Hərbi Hava Qüvvələri (HHQ) bazar ertəsi PKK-nın İraqın şimalında yerləşən düşərgələrini atəşə tutub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Milliyət" qəzeti xəbər verib.
Dörd saat ərzində yaraqlıların beş düşərgəsi 10 F-16 tipli qırıcı təyyarədən atəşə tutulub.