Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İzzət/
Daşkəsəndə sərnişin avtobusu və bir minik avtomobili qar covğununa düşüb.
Trend-in Hövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Daşkəsən rayonunda qar çovğunu nəticəsində "QAZ" markalı sərnişin avtobusu və "Niva" markalı minik avtomobili Dəstəfur-Əhmədli yolunda köməksiz vəziyyətdə qalıb.
FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin avtomobilləri təhlükəsiz əraziyə çıxarıb, avtobusda olan 20 nəfəri və avtomobildə olan 5 nəfəri xilas ediblər.