...

Türkiyənin Van şəhərində yenə zəlzələ baş verib

Hadisə Materials 31 Yanvar 2013 10:19 (UTC +04:00)
Yeraltı təkanların gücü Rixter cədvəli üzrə dörd bal təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sabah" qəzeti xəbər verib.
Türkiyənin Van şəhərində yenə zəlzələ baş verib

Azərbaycan, Bakı, 31 yanvar / Trend, müxbir A.Tağıyeva /

Ötən gecə Türkiyənin Van şəhərində yenə zəlzələ baş verib.

Yeraltı təkanların gücü Rixter cədvəli üzrə dörd bal təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Sabah" qəzeti xəbər verib.

Boğaziçi Universitetinin Qəndilli Rəsədxanasından və Zəlzələlərin Araşdrılması İnstitundan verilən məlumatlara görə, zəlzələ yerli vaxtla 3:45-də beş kilometr dərinlikdə baş verib.

Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti