Azərbaycan, Bakı, 2 fevral /Trend/
Şirvan şəhərində sahibi məlum olmayan 2000-ci il təvəllüdlü Abdulov Elxan Elşən oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb.
Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə Abdulov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib və avtomobildə olan şəxsiyyəti məlum olmayan digər sərnişin ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi əhali tərəfindən Şirvan şəhər Mərkəzi xəstəxanasına aparılıb.
Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat səhər saat 07:17-də başa çatıb.
Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.