...

Hacıqabulda bir qadın paltar oğurluğuna görə tutulub

Hadisə Materials 13 Fevral 2013 12:02 (UTC +04:00)
Hacıqabul rayonunda mağazadan oğurluq etmiş şəxs tutulub.
Hacıqabulda bir qadın paltar oğurluğuna görə tutulub

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İzzət/

Hacıqabul rayonunda mağazadan oğurluq etmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakini Şəhla Quliyeva tutulub.

Quliyeva fevralın 11-də Niyazi Muradova məxsus mağazadan geyim əşyaları oğurlamaqda ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti