Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/
Gəncə şəhər sakinindən odlu silah və vasitələri götürülüb.
Dxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini İsmayıl Hacıyevdən 1 ədəd "AKSU" markalı avtomat silah və 29 ədəd avtomat patronu götürülüb.
Hacıyevin evinə baxış zamanı isə əlavə olaraq 200 ədəd avtomat patronu və 3 ədəd patron darağı da aşkar edilərək götürülüb.
Hazırda silahın haradan və nə məqsədlə əldə edildiyinə, o cümlədən əvvəllər törədilmiş hər hansı cinayələtdə ondan istifadə edilib-edilmədiyinə dair araşdırma aparılır.