...

Bağlı qapı arxasında köməksiz qalmış 69 yaşlı qadın xilas edildi

Hadisə Materials 25 Mart 2013 10:22 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1944-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.
Bağlı qapı arxasında köməksiz qalmış 69 yaşlı qadın xilas edildi

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1944-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Trend bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

Mənzilə baxış keçirilərkən yıxılmış və halsız vəziyyətdə aşkarlanan qadən hadisə yerinə çağırılmış qadın Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti