...

Bakıda keçmiş məhkum narkotiklə yaxalandı

Hadisə Materials 27 Mart 2013 10:07 (UTC +04:00)
Yasamal rayonunda keçmiş məhkumdan narkotik maddə götürülüb.
Bakıda keçmiş məhkum narkotiklə yaxalandı

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Yasamal rayonunda keçmiş məhkumdan narkotik maddə götürülüb.

Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı martın 26-da Yasamal rayonu Cəfər Cabbarlı küçəsi, 4 saylı evin qarşısında 1970-ci il təvəllüdlü Məmmədov Fərman Dönməz oğlunun üzərindən 4,5 kq narkotik maddə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Məmmədov artıq bir dəfə məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti